Nazir prezidentin tapşırığından danışdı
Xalçaçılığın inkişafı məqsədilə artıq 10 rayonda xalça müəssisələrinin tikintisi yekunlaşıb. Hazırda daha 10 müəssisənin, 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi işləri davam etdirilir və bu müəssisələrin 2018-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında bildirilib. Bildirilir ki, 2017-ci ilin sonunda dövlət başçısı tərəfindən Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş Yunəyrici Boyaq Fabrikinin tikintisi isə 2019-cu ildə başa çatacaq.
Kollegiyada çıxış edən nazir Şahin Mustafayev dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrasının sürətləndirilməsi, “Azərbaycan xalçası” (“Azerbaijan carpet”) ölkə brendinin yaradılması və xarici bazarlarda tanıdılması barədə tapşırıqlar verib.
-
“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq
...
-
“Nar” “Uniting Business Europe 2023” tədbirində iştirak edib
...
-
“Nar” “Breyn Rinq” intellekt yarışına dəstəyini davam etdirir
...
-
Azərbaycanda ən çox satılan lüks avtomobillər - Siyahı
...
-
Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!
...
-
“Azeri Light” 98 dollara satılır
...
-
“Nar” metroda şəbəkəsini gücləndirir
...
-
“Nar” şəbəkəsi Xankəndi şəhərində!
...
-
“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
...
-
Neftimizin qiyməti 102 dollara düşdü
...