Roman Qriqorçuk istefa verdi

08:01 29-05-2018 | icon 2688
Roman Qriqorçuk istefa verdi

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk istefa verib. 

 53 yaşlı ukraynalı mütəxəssis bu haqda “Keşlə”yə 0:1 hesabıyla uduzduqları Azərbaycan Kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Bu, “Qəbələ”də son oyunum idi. Finalda belə ab-havaya görə minnətdarlıq edir, Cümhuriyyətin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edirəm”, - deyə baş məşqçi söyləyib.

 

Qeyd edək ki, R. Qriqorçuk 2014-cü ilin sonundan “Qəbələ”yə rəhbərlik edirdi. 


Digər xəbərlər

0.23978519439697