Bakıda “100 il” konserti oldu - Fotolar
İyunun 5-də Heydər Əliyev Mərkəzində Tekfen Filarmoniya Orkestri konsert proqramı ilə çıxış edib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş “100 il” adlı konsertdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət üzvləri, habelə diplomatik korpus nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Mərkəzi və “Tekfen” inşaat şirkətinin təşkilatçılığı ilə keçirilən klassik musiqi axşamında orkestr tanınmış dirijor Аziz Şoxakimovun bədii rəhbərliyi ilə bir-birindən parlaq musiqi nömrələri ifa edilib.
Gecədə görkəmli bəstəkarlar Qara Qarayev və Hacı Xanməmmədovun, habelə Ülvi Cemal Erkinin (Türkiyə) və Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.
Konsertdə dünya şöhrətli pianoçu Hüseyin Sermet və kamança ifaçısı Mehri Arifqızı solist qismində çıxış edib.
Qeyd edək ki, Tekfen Filarmoniya Orkestri 1992-ci ildə yaradılıb. Qara dəniz, Xəzər dənizi və Şərqi Aralıq dənizi bölgələrinin musiqiçilərini bir araya gətirdiyinə görə həm də “Üç dənizin səsi” adı ilə tanınır.
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...