Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Əliyevin qəbulunda - Foto
Azərbaycan prezidenti İlham Əliyev iyunun 8-də Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradili qəbul edib.
Yan Zahradilin ölkəmizdə keçiriləcək Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində iştirakından məmnunluğunu bildirən ölkə başçısı bu önəmli beynəlxalq forumun Azərbaycan paytaxtında təşkil olunmasını yüksək qiymətlənirib.
Azərbaycana həm Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, həm Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, həm də Avropa Parlamentinin üzvü qismində səfər etdiyini deyən Yan Zahradil bildirib ki, rəhbərlik etdiyi alyans Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirir. Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunan qonaq bu münasibətlərin uğurla inkişaf etdiyini söyləyib, ölkələrimizin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığının önəmini vurğulayıb.
Dövlət başçısı Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizlə Avropa İttifaqına üzv olan 9 ölkə, o cümlədən Çexiya ilə strateji tərəfdaşlıq haqqında saziş və bəyannamələrin qəbul edilməsi və imzalanmasının önəmini vurğulayıb.
İlham Əliyev sabah Bakıda keçiriləcək tədbirin paytaxtımıza gələn çoxsaylı qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
-
Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
...
-
Mehriban Əliyeva Hidayəti belə təbrik etdi
...
-
“Faciədən əvvəl biz 2 saatdan çox birlikdə idik” - Prezident
...
-
Parlamentin növbədənkənar sessiyası çağırılacaq
...
-
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
...
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...