Nizami rayonunda Peşə Bayramı qeyd edilib
Dünən Nizami Rayon İcra Hakimiyyətində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Arif Qasımov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib və diqqətə çatdırıb ki, respublikamızda aparılan dövlət qulluğu siyasətinin əsasını ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçularının hazırlanması təşkil edir.
Sonra çıxış edən İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. 2002-ci ildə BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini və Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə bu tarixin ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi təsis edildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Hacımurad Hənifəyev, Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Nəsibə Mahmudova dövlət qulluqçularının peşə bayramının qeyd olunmasının onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq etdiyini vurğulayblar. Natiqlər dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onlara çətin və məsuliyyətli, eyni zamanda şərəfli işlərində uğurlar arzulayıblar.
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Mayın ilk gününün havası
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...