“Qarabağ” ilk oyunda qələbə qazandı
Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib. Təmsilçilərimizdən ilk olaraq “Qarabağ” mübarizəyə başlayıb. Son 5 mövsümün dəyişməz Azərbaycan çempionu yenə UEFA Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Qurban Qurbanovun çalışdırdığı Ağdam klubu ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşıb. Matç Azərbaycan çempionunun minimal hesablı qələbəsi ilə başa çatıb. Komandalar bu oyunu 10 nəfərlə başa vurublar. Öncə meydan sahibləri, sonda isə "Qarabağ" azlıqda qalıb. Ağdam klubunun heyətində Qara Qarayev ikinci sarı - qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
11 iyul
Olimpiya - Qarabağ 0:1
Qol: D.Gerrye, 79.
Qırmızı vərəqə: A.İssa, 85 - Q.Qarayev, 90+1.
Hakimlər: Lourens Visser, Karel de Roker, Co de Vayrd, Bram van Drişe (hamısı Belçika).
Lyublyana. “Stojitse” stadionu.
Olimpiya: 31. Alyaz İvaçiç, 3. Maki Banyak, 5. Marko Qayiç, 7. Rok Kronaveter (10. Qoran Brkiç, 83), 17. Abass İssa, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç (29. Matiç Çrniç, 71), 90. Tomislav Tomiç, 95. Daniel Avramovski (21. Kinqsli Boatenq, 86).
Ehtiyat oyunçular: 41. Neyç Vidmar, 4. Leo Eyup, 8. Daniel Mişkiç, 23. Nik Kapun.
Baş məşqçi: İliya Stoliça.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdulla Zubir (14. Rəşad Sadıqov, 90+3), 19. Filip Ozobiç (10. Dani Kintana, 63), 52. Yakub Jezniçak, 55. Donald Gerrye, 91. Coşqun Diniyev (6. Simeon Slavçev, 46).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...