Qaradağda 49-cu ildönüm qeyd olundu
Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbər seçilməsinin 49-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Qaradağ İH-dən daxil olan xəbərə görə, tədbirdə millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 14 iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. Bildirib ki, Heydər Əliyev bacarığı, işgüzarlığı və uzaqgörənliyi sayəsində dünya siyasi tarixində özünəməxsus yer tutur.
Sonra millət vəkili Aydın Hüseynov Heydər Əliyevin təkcə dövlət quruculuğu sahəsində deyil, milli şüurun dirçəlməsində də xalqa liderlik etdiyini vurğulayıb. Natiq bildirib ki, bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyaları dayanır.
Tədbirdə digər çıxış edənlər - Qaradağ Rayon İctimai Şurasının sədri Allahverdi Məmmədov və 7 nömrəli Bakı Peşə Məktəbinin direktoru Hicrət Qaradağlı da H. Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs ediblər.
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...