Baş nazir bu vəzifəni daşıyanların nişanlarını dəyişdi
Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
Normalara edilən dəyişikliyə görə, adında və 1-ci hissəsində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin” sözləri ilə əvəz edilib.
Qərara aşağıdakı məzmunda 3-cü hissə əlavə edilib: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari il dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.
Yeni normalara görə isə “müfəttişlik” sözü “xidmət” sözü ilə əvəz olunub və bu vəzifəni daşıyanların nişanları da yenilənib.
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...