Azərbaycan nefti bahalaşıb

12:59 28-07-2018 | icon 3356
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 76,07 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,7 dollar/barel çoxdur.

 Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 75,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 26-da 71,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyulun 26-da 74,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel çoxdur.


Digər xəbərlər

0.23085403442383