Bakıda avtobus aşdı - Sürücü öldü
Bu gün saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində 64 nömrəli marşrut xətti üzrə hərəkət edən 99 HM 363 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu qəzaya uğrayıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, sərnişin avtobusu sonuncu dayanacaqda dərədən aşıb.
Hadisə zamanı avtobusda sərnişin olmayıb. Avtobusun sürücüsü Rəhimov Tariyel Əli oğlu dünyasını dəyişib.
BNA-dan bildirilib ki, sosial şəbəkələrdə və bəzi informasiya saytlarında sərnişin dolu avtobusun dərəyə aşması nəticəsində xeyli sayda insanın xəsarət alaraq ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Bildiririk ki, bu cür məlumatlar insanlar arasında çaşqınlıq süni ajiotajın yaranmasına səbəb olur. Xahiş edirik ki, bu cür hadisələr zamanı Bakı Nəqliyyat Agentliyinin yaydığı rəsmi məlumatlara istinad edilsin.
Məlumat üçün onu da bildiririk ki, əvvəllər açıqladığımız kimi, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti qənaətbəxş hesab edilməyib. Daxil olan vətəndaş müraciətləri əsasında xətt üzrə avtobuslara keçirilən baxış zamanı nəqliyyat vasitələrinin texniki baxımdan yararsız vəziyyətdə olması, eyni zamanda sürücülərin qeyri-peşəkar olması müəyyən edilib. Mövcud vəziyyətlə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi xəbərdarlıqlar edilsə də təsirli tədbirlər görülməyib”.
-
Rəşad Dağlıya 11 il cəza istənildi
...
-
Azərbaycanda 13 milyonluq narkotik ələ keçirildi - Saxlanılanlar var+Video
...
-
DTX Azərbaycan vətəndaşı olan 13 terrorçunu həbs etdi - Video
...
-
DİN-dən Gədəbəylə bağlı daha bir - Açıqlama
...
-
“Ay Brat” meyxanası ilə məşhurlaşan Mahir həbs olundu - Fotolar
...
-
Bu hərəkətlərinə görə onlara müəllimlik etmək qadağan edildi
...
-
“İsgəndər dedi ki, həmin adam bildiklərini gəlib toyda yayacaq”
...
-
“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı
...
-
Rufulla Axundzadə vəzifəli şəxslərə qarşı sui-qəsd hazırlayıbmış - Video
...
-
Azərbaycanda terror planlaşdırmaqda şübhəli bilinən şəxslər ifşa edildi - Video
...