“Türkiyə iqtisadi sınaqlardan şərəflə çıxır” - Əliyev+Fotolar
“Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır. O cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq”.
Bu sözləri prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində çıxışı zamanı deyib.
Sammitdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə yerli pul vahidləri ilə ticarətə üstünlük verilməsini təklif edib: “Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza əngəl olaraq çıxır”.
Türkiyə lideri eyni zamanda, FETÖ təşkilatlanması ilə bağlı məsələyə bir daha diqqət çəkib: “Yaşadıqlarımız bizə olduğu qədər dostlarımıza da FETÖ ilə mübarizəyə gecikməməli olduqlarını çox açıq göstərdi. Bu məsələdə xüsusi olaraq Özbəkistanın atmış olduğu addımları bizlər də təqdir edirik”.
Ərdoğan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əllərindən gələni etməyə davam edəcəklərini vurğulayıb.
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...