Rəşad Sadıqovun komandası İsrailə qarşı

14:44 06-09-2018 | icon 2846
Rəşad Sadıqovun komandası İsrailə qarşı

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.  5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də 8-ci matçına çıxacaq.

Rəşad Sadıqovun çalışdırdığı komandamız doğma meydanda İsraillə üz-üzə gələcək. “Dalğa Arena”da keçiriləcək oyunda millimiz ilk qələbəsini qazanmağa çalışacaq.
 
Əvvəlki 7 oyunda qələbə qazana bilməmiş U-21 yığmamız cəmi 1 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşib. Seçmə mərhələnin ilk turu çərçivəsində səfərdə qarşılaşdığımız İsraillə oyunda isə 1:3 hesablı məğlubiyyətə üzülmüşük. İndi komandamız həm həmin məğlubiyyətin qisasını almaq, həm də ilk 3 xalını qazanmaq arzusundadı.
 
AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
6 sentyabr
 
21:00. Azərbaycan - İsrail
Hakimlər: Trustin Farruciya Can, Alan Kamilyeri, Luk Portelli, Malkolm Spiteri.
Bakı. “Dalğa Arena”.
 
1. Almaniya - 16
2. İrlandiya - 13
3. Kosovo - 11
4. Norveç - 11
5. İsrail - 7
6. Azərbaycan - 1

 


Digər xəbərlər

0.28287792205811