Millimiz bərabərliklə başladı - Fotolar

11:18 08-09-2018 | icon 5415
Millimiz bərabərliklə başladı - Fotolar

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk matçına çıxıb. D Liqasının 3-cü qrupunda yer alan milli komandamız ilk sınağında doğma meydanda Kosovo ilə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda baş tutan oyun həm də Qurban Qurbanovun millimizin baş məşqçisi postunda ilk rəsmi sınağı idi.

 

Komandamız qrupun əsas favoritlərindən biri hesab olunan Kosovo ilə görüşdə qələbə qazanmağı hədəfləmişdi. Əks halda yığmamızın qrup birinciliyi şansları azala bilərdi.


Təəssüf ki, milli üzvləri 90 dəqiqə ərzində rəqib qapısına yol tapa bilməyiblər. Bu üzdən də Azərbaycan yığması Millətlər Liqasına heç-heçə ilə start verib.

 

UEFA Millətlər Liqası
D Liqası
3-cü qrup

7 sentyabr

 

Azərbaycan - Kosovo 0:0
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland
Əlavə köməkçi hakimlər: Espen Eskas, Tom Harald Hagen (Hamısı Norveç).
Bakı Olimpiya Stadionu.

 

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 3. Ürfan Abbasov, 3. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 6. Coşqun Diniyev, 9. Rauf Əliyev, 13. Dmitri Nazarov, 14. Rahid Əmirquliyev, 16. Cavid Hüseynov, 17. Rəhman Hacıyev, 18. Məhəmməd Mirzəbəyov, 19. Rahil Məmmədov, 21. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Kosovo: 1. Samir Uykani (k), 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 9. Bersant Çelina, 10. Arber Zeneli, 13. Amir Rahmani, 15. Merqim Voyvoda, 18. Vedat Muriqi, 19. Leart Paqarada, 22. Edon Jeqrova.
Ehtiyat oyunçular: 12. Faton Maloku, 16. Visar Bekay, 2. Jetmir Krasniqi, 4. Arbenit Cemayli, 7. Milot Raşiça, 8. Donis Avdiyay, 11. Elbasan Raşani, 14. İdris Voça, 17. Benjamin Kololli, 20. Kastriot Dermaku, 21. Atdhe Nuhiu, 23. Bernard Berişa.
Baş məşqçi: Bernard Şalland.


Digər xəbərlər

0.31516909599304