Güləşçilərimiz beynəlxalq turnirdə üç medal qazandı - Fotolar
Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə beynəlxalq turnir davam edir.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi 7 güləşçi təmsil edir. Sentyabrın 7-də üç güləşçimiz fəxri kürsüyə qalxıb. Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) isə bürünc medal qazanıb.
Bundan başqa, 61 kiloqram çəki dərəcəsində güləşən idmançılarımızdan Əhmədnəbi Qvarzatilov yarışın finalına yüksəlib. Həmin çəkidə yarışan Məhəmmədhacı Kasumov mübarizəni dayandırıb. İbrahim Yusubov (79 kq) isə bürünc medal qazana bilər. Ə.Qvarzatilov və İ.Yusubov həlledici görüşlərini sentyabrın 8-də keçirəcək.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...