Çində keçirilən beynəlxalq konfransda Azərbaycanın iqtisadi uğurlarından danışılıb
Çinin Şenyan şəhərində Dünya Qış Şəhərləri Merləri Assosiasiyasının 18-ci konfransı keçirilib.
“Şimal şəhərlərinin həyatını daha da yaxşılaşdırma” mövzusunda keçirilən konfransda quruma üzv ölkələrlə yanaşı, “Bir kəmər, bir yol” strategiyası üçün əhəmiyyətli olan bir neçə ölkə, o cümlədən Azərbaycan xüsusi dəvət olunmuş qonaq qismində iştirak edib.
Ölkəmizin biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılmış əlverişli şərait və güzəştlər sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan əhəmiyyətli addımlar barədə danışan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyib ki, Şərq və Qərb, Şimal və Cənub arasında nəqliyyat dəhlizinin inkişafında böyük rol oynayan Azərbaycan özünün iqtisadi potensialı ilə beynəlxalq iqtisadi-ticari əməkdaşlığın genişlənməsində fəal rol oynayır.
Müxtəlif mövzularda müzakirələrin aparıldığı konfrans “Şenyan Bəyannaməsi”nin qəbulu ilə başa çatıb.
Şenyan şəhərindəki “Almaz” sarayında konfransda iştirak edən ölkələrin incəsənət ustalarının ifasında konsert proqramı təşkil olunub. Azərbaycanın muğam üçlüyünün ifasında səslənən “Qarabağ” şikəstəsi tamaşaçıların alqışları ilə qarşılanıb.
Konfransın keçirildiyi binalarda Azərbaycan şirniyyatlarının təklif olunduğu çay süfrələri təşkil edilib.
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...