Türkiyə prezidenti “Lalələr” mahnısının tarixçəsindən danışdı - Video
Bakıda hərbi parada qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı açıqlama verib.
Ərdoğan çıxışı zamanı “Lalələr” mahnısı haqda danışaraq bəstədə türk ordusunun 1918-ci ilin sentyabrında Gəncədən Bakıya yürüyüşünün və şəhərin xilasının ifadə edildiyini bildirib.
“Azərbaycanın məşhur “Lalələr” mahnısının kədərli hekayəsi var. Bu, qardaşlarımızın çəkdiyi əziyyətin və Qafqaz İslam Ordusunun könüllərdə səbəb olduğu gözəlliyin təmsilidir. Gəncə bölgəsinə axın edən minlərlə əsgər başlarındakı qırmızı rəngli fəs və fəsin ucundakı saçaqlarla uzaqdan gəlincik tarlasına bənzəyən bir görüntü yaradıb. Gəlincik Azərbaycan dilində lalə deməkdir. Şair Telman Hacıyev hisslərini sətirlərə tökərək bu mahnını bəstələyib”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...