Zakir Həsənov Hatəmiyə başsağlığı verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: “Müqədəs Müdafiə həftəsi”nin başlanması münasibətilə dost İran İslam Respublikasının Xuzestan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi paradda törədilmiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...
-
“Xəzər dənizinin suyundan içməli su kimi istifadə edəcəyik”
...
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...