İlin rəmzi yığması - Siyahı

08:49 25-09-2018 | icon 2680
İlin rəmzi yığması - Siyahı

FİFA 2018-in ilin rəmzi komandasını açıqlayıb.

Heyətdə Çempionlar Liqasının son qalibi “Real”ın 4 futbolçusu yer alıb.

Bu yay “Real”dan “Yuventus”a keçən Kriştiano Ronaldo da “11-lik”də qərarlaşıb.

PSJ və “Çelsi” iki, “Mançester Yunayted” və “Barselona” isə bir futbolçu ilə təmsil olunub.

Qeyd edək ki, Məhəmməd Salah (“Liverpul”) və Neymar (PSJ) kimi futbolçular heyətə düşə bilməyib.

Qapıçı: David De Xea (“Mançester Yanayted)

Müdafiəçilər: Dani Alves (PSJ), Rafael Varan, Serxio Ramos, Marselo (hamısı “Real”)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Nqolo Kante, Eden Hazard (Hər ikisi “Çelsi”)

Hücumçular: Kriştiano Ronaldo (“Real” / “Yuventus”), Lionel Messi (“Barselona”), Kilian Мbappe (PSJ)


Digər xəbərlər

0.24467897415161