Əliyevlə Paşinyan eyni liftdə - “Rossiya 1” “sensassion kadr” dedi
Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyevin dövlət telekanalı olan “Rossiya 1”də yayımlanan proqramında Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurasından maraqlı görüntülər yayımlanıb.
Kadrlardan da göründüyü kimi Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan liftdən birgə çıxırlar. Onlarla yanaşı, liftdə MDB-nin icraçı katibi Sergey Lebedev də olub. Digər ölkə liderləri isə qonşu liftdə olublar.
“Rossiya 1”in müxbiri həmin kadrları “sensassion” adlandırıb. Bildirilir ki, liderlər gərgin olsalar da, zala daxil olana qədər söhbət ediblər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə sammit çərçivəsində söhbətləşmələrini əks etdirən görüntülər yayılmışdı.
Azərbaycan prezidentinin mətbuat xidməti də məlumatı təsdiqləmişdi.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...