Qaradağda Müəllimlər Günü qeyd olunub

08:35 05-10-2018 | icon 4106
Qaradağda Müəllimlər Günü qeyd olunub

Oktyabrın 4-də Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü və 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri, məktəb direktorları, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edib.

Qaradağın icra başçısı Süleyman Mikayılov ilk öncə Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri və  ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlərlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında, fəaliyyətlərində və təhsildə uğurlar arzulayıb.

S. Mikayılov bu il Qaradağ rayonunun əldə etdiyi yüksək nəticəni xüsusi vurğulayaraq bildirib ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunların nəticələri yüksəkdir.

Qaradağ rayonu üzrə orta məktəbi 1257 nəfərin bitirdiyi, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 895 abituriyentin 67,4 faizinin, yəni 604 nəfərinin tələbə adını qazandığı, onlardan 42 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırılıb.

Məzunlardan Fətullazadə Cəmilə Əlyar qızı 682 bal, Həmzəyev Əli Ənvər oğlu 681 bal və bal  toplayaraq Azərbaycanın yüksək ali təhsil ocaqlarında təhsil alma hüququ qazanıblar.

Tədbirin sonunda Beynəlxalq Müəllimlər Günü münasibət i ilə 5 müəllim Fəxri fərmanla təltif edilib və ali məktəblərə 600-dən çox bal toplamış 42 məzuna  Süleyman Mikayılov tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Daha sonra Qaradağ Rayonunun Sahil qəsəbəsindəki “Xəzri” Şadlıq sarayında icra hakimiyyəti və Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib.

Təhsildə fərqlənən qabaqcıl müəllimlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 




Digər xəbərlər

0.24624919891357