Ermənistanda deputat həmkarını güllələyib - İntihar etdi

15:41 07-10-2018 | icon 3743
Ermənistanda deputat həmkarını güllələyib - İntihar etdi

Ermənistanın sabiq deputatı Karo Karapetyanın öldürülməsində şübhəli bilinən keçmiş parlementari Arutyun Qaragözyan intihar edib.

Bu barədə işğalçı dövlətin polis orqanının mətbuat xidmətindən bildirilib. Qaragözyan Karapetyanı güllələdiyi və adına rəsmiləşdirilmiş silahla özünü öldürüb. 

Vaxtilə eyni partiyanın üzvü olmuş Karapetyanla Qaragözyan arasında insident biznes məsələlərinə görə baş verib. 

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” partiyasının üzvü olan Karapetyan şənbə günü Yerevanda restoranların birində odlu silahla qətlə yetirilib. Onun qətlində başlıca şübhəli Qaragözyan hesab edilirdi.

Karo Karapetyan

 


Digər xəbərlər

0.28233003616333