İki boksçumuz Avropa çempionu oldu
Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan millisi yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.
Vaqif Kazımovun baş məşqçisi olduğu komandada Əli Zamanovla (48 kq) Murad Allahverdiyev (80 kq) Avropa çempionu tituluna yiyələnib. Əhməd Əhmədov (+80 kq) isə bürünc medalla kifayətlənib.
Belə ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Zamanov Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya), Krasimir Churov (Bolqarıstan) və Mixail Taranunun (Moldova) ardından Jo Makqraili (İngiltərə) də məğlub edib. Təmsilçimiz bu gün baş tutan final döyüşündə rəqibinə 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gələrək, qızıl medala layiq görülüb.
80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda rəqibindən üstün olub. O, irlandiyalı Patrik Myersi 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Allahverdiyev bu döyüşədək türkiyəli Əmir Böyükdağ, belaruslu Vladislav Novikov və rusiyalı Andrey Voyvodinə də qalib gəlmişdi.
Serbiyalı Mixail Miliç və litvalı Edvin Ostapenkonu mübarizədən kənarlaşdıran Əhməd Əhmədov (+80 kq) isə bir gün öncə yarımfinalda macarıstanlı Levent Kissə 1:4 (27:30, 29:28, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olduğundan 3-cü yeri tutmuşdu.
Qeyd edək ki, oğlanların yarışında 2 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında 3-cü olub. Millimizi Rusiya və Bolqarıstan qabaqlayıb.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...