Sofiya ASAN könüllüsü oldu
Dünyanın tanınmış robotu Sofiya "ASAN xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib.
O, "ASAN xidmət"ə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib.
Sofiya robotu dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilər. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. Sofiya robotu bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, məşhur aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramları və teledebatlarda iştirak edib.
Dünən İmişli "ASAN həyat' kompleksinin açılışı zamanı prezident İlham Əliyevə təqdim olunub.
“ASAN xidmət” modeli ilə tanış olan Sofiya onun rahat, çox müasir və vətəndaş yönümlü olduğunu vurğulayıb. Sofiyanın nüfuzundan istifadə edərək keçirəcəyi görüşlərdə, beynəlxalq tədbirlərdə bu modeli təbliğ etməsiylə bağlı danışıqlar aparılır.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...