“Mehriban xanımın gəlişi sürpriz oldu” - Hacı Əbdül
“Elə bil ki, biz bu məscidə birinci dəfədir ayaq qoyuruq. Tamam dəyişib. İnşallah, başqa həvəslə, başqa məhəbbətlə məsciddə çalışacağıq. Burada çox işlər görülüb. Məscidin həyəti tamam dəyişdirilib, təmir olunub, gözəlləşdirilib. Həmçinin sütunlarından tutmuş, digər yerlərinə qədər yüksək zövqlə gözəlləşdirilib. Burada görülən işləri saymaqla bitməz”.
Bunu “Yeni Müsavat”a Hacı Əbdül deyib. O, bildirib ki, keçən il axundu olduğu “İmam Hüseyn” məscidinin təmiri ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib: “Bizim müraciətimizdən 15-20 gün keçməmişdi ki, məscidin bərpası ilə bağlı tapşırıq verildi. Mehriban xanım möhkəm tapşırıq vermişdi ki, məscidi yüksək səviyyədə təmir etsinlər. Şükür Allaha ki, bütün işlər qaydasındadır. Sağ olsunlar”.
H. Əbdül birinci vitse-prezidentlə görüşü haqda da danışıb: “Mehriban xanım soruşdu ki, nə təhərdir? Xoşunuza gəldimi? Biz ona minnətdarlığımızı bildirdik. Başqa nə deyə bilərdik? Həqiqətən də məscidimiz gözəldən də gözəl təmir olundu, ikinci dəfə həyata qayıtdı”.
O, deyib ki, Mehriban Əliyevanın məscidə gəlişi onun üçün gözlənilməz olub: “Həqiqətən sürpriz oldu. Zəng etdilər ki, məscid açılır, gəlin!
Məscid tarixi görünüşünə, əvvəlki vəziyyətinə qaytarılıb. Bəzi hissələri uçub-dağılmışdı, tarixi görünüşü itmişdi, amma artıq öz ilkin vəziyyətinə qayıtdı”.
H. Əbdül deyib ki, məsciddə təmirdən sonra ilk namazı özü qılıb, xalqımız, vətənimiz, Qarabağla bağlı dualar edib. “Qarabağ bizim yaralı yerimizdir. Tezliklə bu yaranın sağalmasını arzu etdik”.
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...