İcra başçısı ilə İstisu qəsəbəsində görüş
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü dünən rayonun İstisu qəsəbəsində keçirib. Görüşdə yerli sakinlərlə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəsəbə sakinləri yüksək ruh coşğunluğu ilə ərazidə sosial-iqtisadi yönümdə görülən işlərdən, xüsusilə “Yaşıl çay” fermer təsərrüfatının və “Astara bağları” MMC-nin uğurlu fəaliyyətindən söz açıblar
Görüşdə çıxış edən İcra başçısı T.Qaraşov ölkə Prezidenti İlham Əliyevin oktyabrın 15-də Lənkəran rayonuna səfərinin yekunlarından, onun İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında, Olimpiya İdman Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının, əsaslı şəkildə yenidən qurulan Hirkan-Daştatük-Biləsər avtomobil yolunun açılışında iştirakından danışıb.
Görüşün sonunda İcra başçısı T.Qaraşov sakinlərin çıxışlarında qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib.
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...