“Əmək bazarımıza hər il 100 minə yaxın yeni işçi qüvvəsi gəlir” - Sahil Babayev
“Bu ilin 9 ayı ərzində 100 mindən çox Azərbaycan vətəndaşına peşəyönümlü, tədris və müxtəlif istiqamətdə dəstəklər göstərilib”.
Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev VI Beynəlxalq Humanitar Forumu çərçivəsində çıxışı zamanı deyib:
Nazirin sözlərinə görə, məşğulluq proqramının icrasına başlanılıb ki, bu da əmək bazarında məşğulluq imkanları məhdud olan şəxsləri öz məşğulluq vasitələri ilə tam şəkildə əmək bazarında iştiraka cəlb etməyə imkan verəcək:
“Ölkəmizin son 15 ildə əldə etdiyi iqtisadi uğurlar qeyd edildi. Bunların heç biri işçi qüvvəmiz olmadan həyata keçirilə bilməzdi. Bizim əmək bazarımıza hər il 100 minə yaxın yeni işçi qüvvəsi gəlir. On milyonluq ölkə üçün bu, kifayət qədər böyük rəqəmdir. 15 il ərzində 2 milyondan çox iş yeri yaradılıb. Bunun 1,6 milyonu daimi iş yeridir. Təsəvvür edin ki, biz cari işsizlərin problemlərini həll etməklə yanaşı, ildə əlavə 100 min şəxsin əmək bazarına gəlməsinə şərait yaratmalıyıq.
Digər tərəfdən Azərbaycan əhalisi gəncdir. Əhalimizin 25 faizdən artığı 14-29 yaş aralığındadır. Azərbaycanda pensiya yaşına çatmış şəxslər əhalinin ümumi payının cəmi 13 faizini təşkil edir. Bu da kifayət qədər aşağı göstəricidir”, - deyə nazir vurğulayıb.
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...