İcra başçısı ucqar dağ kəndində səyyar qəbul keçirdi
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü noyabrın 1-də rayonun ucqar dağ kəndi olan Tuadoda keçirib.
Rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, kütləvi informasiya vasitələrinin, Tuado və Köhnəgəgir kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi görüşdə çətin təbii şəraitdə yaşayan sakinlər səyyar qəbul-görüşə görə İcra başçısına təşəkkürlərini bildiriblər.
Çıxış edən vətəndaşlar ərazinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən razılıq ifadə edərək Tuado kəndində 30 ha, Köhnəgəgir kəndində 6 h çay plantasiyasının bərpası hesabına 120 yeni iş yerinin açıldığını, ərazidə 19,5 ha tərəvəzin, 17 ha kartofun əkildiyini, iribuynuzlu mal-qaranın sayının 650-yə, xırdabuynuzlu malqaranın 464-ə çatdırıldığını, 1300-dən çox ev quşlarının, 93 arı ailəsinin saxlanıldığını, bu il ilk dəfə olaraq 167 kq barama istehsal olunduğunu diqqətə çatdırıblar. Onlar ərazidəki problemlərin həlli istiqamətində həyata keçirilən tədbirləri, xüsusilə qəzalı vəziyyətə düşmüş Köhnəgəgir kənd məktəbi üçün modul tipli yeni binanın tikintisini dövlət qayğısı kimi dəyərləndirərək ölkə başçısına minnətdarlıq ifadə ediblər.
Sonra sakinlərin fərdi müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...