Əli İnsanov azadlığa çıxır? - Prezidentin inqilabi sərəncamı:

22:15 17-02-2017 | icon 5763
Əli İnsanov azadlığa çıxır? - Prezidentin inqilabi sərəncamı:

“Prezidentin cəzaların yüngülləşdirilməsi haqda sərəncam imzalaması gələcəkdə daha da genişlənəcək ciddi islahatları təmin edən bir addımdır”

Bu sözləri Politika.Az-a millət vəkili Asim Mollazadə Əfv Komissiyasının toplaşması və prezidentin cəzaların yüngülləşdirilməsi haqda sərəncamını şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, söhbət dustaqların azad olunmasından getmir: “Burada dövlətin vətəndaşla münasibətlərdə humanizmin, insan hüquqlarının yeni mərhələsinə keçiddən gedir.

Azərbaycan demək olar ki, bu istiqamətdə belə islahatları həyata keçirərək sovet ənənələrindən dünyanın sivilizasiyalı sisteminə addımlar atır.

Bu eyni zamanda vətəndaş-dövlət münasibətlərində də daha müsbət bir sistem formalaşdıra bilər. Mənə elə gəlir ki, bir çox qanunlar da qəbul etmək lazım olacaq”.

Deputat Asim Mollazadə Politika.Az-a onu da qeyd edib ki, keçmiş səhiyyə naziri Əli İnsanovun əfv olunması ehtimalı haqda belə deyib:

“Bu kimi məsələr ilə Əfv Komissiyası məşğul olur. Bu komissiyanın üzvü olmadığım üçün və məlumatım olmadığı üçün bu haqda bir şey deyə bilmərəm”.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Komissiyadan məlumat verilib

Politika.Az-ın xəbərinə görə, iclasda 800-dən artıq müraciətə baxıldığı və Novruz bayramı öncəsi əfv sərəncamının gözlənildiyi bildirilib.

Komissiya üzvü hesab edir ki, Novruz bayramına yaxın əfv sərəncamı ola bilər: “Əgər Komissyanın görüşü başlayıbsa, güman ki, Novruz bayramına yaxın əfv olacaq”.

Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz xəbərə görə, Novruz bayramı ərəfəsində keçmiş səhiyyə naziri Əli İnsanov, REAL sədri İlqar Məmmədov, NİDA üzvü İlkin Rüstəmzadə, jurnalist və bloqqerlər - Əbdül Əbilov, Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi azadlığa çıxa bilər.

Həmçinin, Məmməd İbrahim, Asif Yusifli, Fuad Əhmədli əfv siyahısına düşə bilər. Prezidentin növbəti dəfə humanist addım atacağı gözləntisi var. Məlumatlı qaynağımız qeyd edir ki, bu siyahı üzrə eks-nazirin şansının daha yüksək olduğu bildirilir. İddialara görə, Ə.İnsanovla siyasi hakimiyyət arasında bir centlemen sazişi bağlanıb.

Bu anlaşmanın əsas müddəası ondan ibarətdir ki, keçmiş nazir əfvə imza ataraq azadlığa çıxacaq və Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. İlkin razılaşmaya görə onun barəsində açılan yeni cinayət işinə xitam verilir və ev dustağı kimi azad olunur.


Digər xəbərlər

0.2612099647522