“Düz yolda olduğumuzu bilirik” - Eşşək fermasından cavab
Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasındakı yoxlamalarla bağlı açıqlama yayıb. Açıqlamada laboratoriyaya təqdim olunmuş pasterizə edilmiş ulaq südündə insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edildiyi bildirilib.
Agentlik sözügedən təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması ilə bağlı xəbərdarlıq edildiyini bildirsə də, ferma əməkdaşı Xəyal Cəlalov “Qafqazinfo”ya analizlərin cavablarının onlara təqdim olunmadığını və bu barədə mediadan məlumat aldığını söyləyib:
“Biz də bu haqda məlumatı internetdən öyrənmişik. Bu günə kimi bizə agentlik tərəfindən heç nə deyilməyib, məktub göndərilməyib və ya hər hansı bir məsləhət almamışıq. Siz bizdən tez bilmisiz. Əgər doğrudan da bakteriya varsa, aradan qaldırılacaq. Qurum bizdən problemlərin aradan qaldırılaraq yenidən analiz verilməsini istəyir. Biz bunu etməyə hazırıq. Özümüz də başqa laboratoriyalar vasitəsilə araşdıracağıq.
Biz işimizdə israrlıyıq, işimiz təmizdir. Düz yolda olduğumuzu bilirik. Hansı prosedurlardan keçmək lazımdırsa, biz hazırıq. Agentlikdən müsbət cavab alana kimi işimizi davam etdirəcəyik”.
Ferma təmsilçisi həmçinin qeyd edib ki, analizi 20 gün əvvəl laboratoriyaya təqdim ediblər və 15 gün müddətində hər gün cavabları öyrənmək üçün agentliyə müraciət ediblər: "Analiz üçün 311 manat pul ödəmişik, qəbz də əlimizdədir. Nə bizə nəticə barədə məlumat verilir, nə də telefonlarımıza cavab".
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mənsur Priyev “Qafqazinfo”ya bildirib ki, mətbuatla yanaşı fermaya da cavablar göndərilib”.
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...