Videodakı Gömrük Komitəsinin əməkdaşları deyil
Ötən gün sosial şəbəkələrdəki səhifələrdən birində gömrük orqanları əməkdaşlarının olduğu iddia edilən vətəndaşlardan rüşvət tələb etməsi, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməsini əks etdirən video yayımlanıb.
Məsələ ilə bağlı komitədən daxil olan açıqlamada bildirilir ki, 4 məkanda qeydə alınan videolardan 3-ündə sadalanan ittihamları əks etdirən hər hansı sübuta, fakta rast gəlmək mümkün deyil. Bildirilir ki, ikinci məkanda qeydə alınan videoda insanların növbəsi, 3-cüdə mikroavtobuslara minməsi əks olunub: “4-cü videonun isə Azərbaycan Respublikasının hüdudlarından kənarda lentə alındığı aydın görünür. Hər 3 məkanda qeydə alınan videotəsvirlərdə ölkəmizin gömrük orqanları və ya onun əməkdaşlarının qanunsuz hərəkətlərini əks etdirən hər hansı sübut yoxdur”.
Açıqlamada qeyd olunur ki, 1-ci məkanda qeydə alınan təsvirlərdə və audioyazılarda birbaşa kameranın obyektivinin hədəfində olan mülki vətəndaşın gömrük əməkdaşı ilə təması, dialoqu, ümumiyyətlə qeydə alınmayıb. “Belə ki, videodakı gömrük əməkdaşı sadəcə "gəlir, maşın gəlir" sözlərini işlədir”.
Komitə bildirib ki, videoda rüşvət aldığı iddia edilən həmin şəxsin üzərindəki də gömrük orqanı əməkdaşının xüsusi geyim forması deyil: “Həmin şəxs də gömrükçü deyil.... Gömrük orqanları əməkdaşlarının korrupsiya hallarına yol verməsinə, vəzifə səlahiyyətlərini aşmasına gəlincə, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları bu kimi hallara qarşı qətiyyətli mübarizə aparır”.
Qeyd edək ki, sözügedən videodakı şəxslər Dövlət Sərhəd Xidmətinin xüsusi geyim formasındadırlar.
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...