KredAqro - Kredit təşkilatı ya sələm mafiyası?

23:37 07-11-2018 | icon 3831
KredAqro - Kredit təşkilatı ya sələm mafiyası?

Azərbaycanda kredit verən bank təşkilatı kimi fəaliyyət göstərən KredAqro təşkilatı vətəndaşları aldatmaqla məşğuldur.

Həmin kredit təşkilatı Azərbaycanda mütəşəkkil cinayətkarlıqla məşğul olur, insanların əmlakını əlindən alır: "KredAqro sələmçi təşkilatının cinayətkar əməlləri barədə çoxları bilir. Yarandığı gündən KredAqro və filiallarının rəhbər və vəzifəli şəxslərinin törətdiyi cinayət əməlləri barədə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəfələrlə cinayət işi açılıb. Həmin cinayət işi uzun müddət davam etsə də hələ də bağlanmayıb və Mərkəzi Bank tərəfindən KredAqroya verilmiş lisenziyanın ləğv olunması üçün heç bir tədbir görülməyib. 50 faizlik bank sələmi genosidi indi də davam etdirilir. Son bir neçə ildə KredAqronun iki müdiri cinayət məsuliyyətinə cəlb olunub işdən çıxarılıblar, lakin əsas hədəf qalır- xalq soyulur və günü gündən daha çox adamın yaxası bu bədnəm sələmçi təşkilatın əlinə keçir".

KredAqronun müştəri müqaviləsi niyə notarial təsdiqlənmir?

KredAqro müştərilərlə müqavilə bağlayan zaman həmin müqavilə notarial qaydasında təsdiqlənmir. Bu hal mülki qanunvericiliyin tələbinə əsasən qanunsuzdur:  "Belə ki qanunvericiliyin tələbinə əsasən hüquqi şəxslə fiziki şəxs arasında müqavilə bağlanarkən həmin müqavilə notariat qaydada təsdiqlənməlidir. Vətəndaşla müqavilədə qeyd olunur ki, kredit götürüləndən sonra onun müddəti nəzərə alınmaqla əsas pula 3 faiz pul ödənməlidir. Lakin pulu alanda müqaviləyə uyğun gəlməyən, onunla ziddiyyət təşkil edən bir cədvəl tərtib olunaraq vətəndaşa təqdim olunur. Müştərini göz görə-görə aldadırlar. Belə ki, müştəriyə verilmiş ödəniş cədvəlini araşdıranda görünür ki, müştəri götürdüyü krediti ödəyən zaman ondan müqavilədə qeyd olunduğu kimi, ay ərzində 3 faiz deyil, 20-30 faiz pul tutulur.

Hüquq mühafizə orqanları, dövlət strukturları KredAqro təşkilatının əhali ilə bağladığı müqaviləni və pulu verərkən təqdim etdiyi cədvəli üzləşdirsələr, onda asanlıqla görərlər ki, bu sələmçi təşkilat müqavilədə 3 faizə qol çəkdirdiyi halda vətəndaşdan 20-30 faiz pul tutur. Bu isə yaratdığımız demokratik hüquqi dövlətdə insan hüquqlarının pozularaq onlara qəsdən maddi ziyan vurulması deməkdir. Axı KredAqronun prosedur və siyasət qaydalarında müştəriyə kredit verilən zaman onlara verilmiş kredit məhsulunun növlərində yalnız müştərinin maddi rifahının yüksəlməsi üçün köməklik göstərilməsi nəzərdə tutulur, bu cür soyğunçuluq nəzərdə tutulmur. Sənədlə əməl düz gəlmir".

Təşkilat kreditalanla saxta sənədlər imzalayır

 

KredAqronun bu günə kimi müştərilərlə bağladığı bütün müqavilələr onlara təqdim olunmuş ödəmə qrafiki cədvəli ilə uyğun gəlmir və bu müqavilələr aldadıcı olduğu üçün etibarsız sayılmalıdır: "Digər qanun pozuntularından biri də odur ki, kredit götürən müştəri fiziki və hüquqi şəxs kimi vergi ödəyicisi olduğu halda, yəni vergi orqanlarında VÖEN alıb hansısa bankda hesab açdırdığı halda, onlara kredit verilən zaman bankda yenidən hesab açdırırlar. Nəticədə kredit götürən şəxs məcbur qalaraq götürdüyü kreditin təyinatını vergi orqanlarından gizlədir. Bu da dövlət büdcəsinə qəsdən maddi ziyan vurulması deməkdir. KredAqro vətəndaşları çapmağı bir tərəfə, üstəlik vergi pullarını da dövlətdən oğurlayır. Vergilər Nazirliyindən xahiş edirəm ki, bu məsələni araşdırsın, KredAqrodan VÖEN-i və bank hesabı olan müştəriyə niyə məcburan yeni bank hesabı açdırdıqlarının səbəbini soruşsun. 2-ci hesab açılanda müştəridən 6-10 manat əlavə pul tutulur, bu da ona əlavə maddi ziyan vurur. Əgər mənim hesabım varsa, niyə artıq hesab açdırırsan?"
Bir sıra müştərilər Dövlət Sosial Müdafiə Fondunda sahibkar kimi qeydiyyatda olmadıqları halda onlara sahibkarlıq fəaliyyətinin genişlənməsi ilə əlaqədar kredit buraxırlar. Nəticədə müştəri DSMF-də olan məcburi ödəmələrdən yayınmalı olur. Demək, KredAqro sələmçi təşkilatı vergi pullarını oğurlamaqdan başqa həm də Sosial Müdafiə Fondunun da pullarını oğurlayır. Beləliklə, bu təşkilatın qeyri-qanuni fəaliyyəti nəticəsində dövlətə külli-miqdarda ziyan dəyir:  Lakin nədənsə yuxarıda sadaladığımız məsələlərə baxmayaraq Mərkəzi Bank KredAqro kimi saxtakar Bank Olmayan Kredit Təşkilatının lisenziyasını uzatmaqda davam edir. Artıq çoxdan sübut olunub ki, bu cür təşkilatlar Azərbaycan cəmiyyətinin bətnində qara yaradır və tədbir görmək vaxtı gəlib çatıb".

KredAqronun özbaşınalığı can aldı

KredoAqro təşkilatının özbaşınalığının faciə ilə nəticələndiyini də xatırladaq. Belə ki, 2012-ci ilin mart ayında 1 nəfər təşkilatın dələduzluğunun qurbanı olub: "Şəki sakini 64 yaşlı Səadət Həsənova KredAqronun ofisində üzərinə benzin tökərək özünü yandırdı. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmadı. Ş.Həsənovanın özünü yandırmasına səbəb isə ödənilməyın kreditə görə mənzilinin əlindən alınması idi. KredAqro yenə də sudan quru çıxmağı bacardı. Maraqlıdır ki, 20 il dövlətə sədaqətlə xidmət edən məmurun otağında vətəndaş özünü yandıranda dövlət həmin məmurun dərisini boğazından çıxarır. Amma KredAqro-ya buna görə heç nə edilmədi. Əksinə həmin vətəndaşın evi indi də bankda girovdadır. Sələmçi sektora toxunulmazlıq statusunu kim verib? 

Mərkəzi Bank KredAqronu niyə müdafiə edir?

Bu barədə Mərkəzi Bankın rəhbəri  Elman Rüstəmova neçə ildir dalbadal müraciətlər olunur.  Mərkəzi Bank cavab məktublarında şikayətçiləri günahkar çıxarır.


Digər xəbərlər

0.23627114295959