Lənkəranda Dövlət Bayrağı günü qeyd olunub
Noyabrın 9-da Lənkəran şəhərində Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin, YAP Lənkəran şəhər təşkilatının və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirən tədbir şəhərin Heydər Əliyev prospektində mitinqlə başlayıb.
Dövlət himni ilə başlayan mitinqdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edib.
Natiq çıxışında Azərbaycanın dövlət bayrağının yaranma tarixi və rəmzi mənasını, dövlət atributu kimi bayrağın cəmiyyət həyatındakı rolunu xüsusi vurğulayaraq hər bir vətəndaşı dövlət bayrağına təzim etməyə, onu bütün varlığı ilə sevməyə və ona sədaqət göstərməyə çağırıb.
Sonra minlərlə tədbir iştirakçısı üçrəngli bayraqlarla Heydər Əliyev prospekti boyunca şəhərin Bayraq meydanınadək yürüş keçiriblər. Yürüş boyunca iştirakçılar “Üç rəngli bayrağımız heç zaman enməz”, “ Şəhidlər ölməz, Vətən bölünməz”, “Dövlət müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır”,”Yaşasın müstəqil və və azad Azərbaycan” şüarları səsləndiriblər.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...