Rafael bürünc, İrina qızıl qazandı
İspaniyanın Madrid şəhərində keçirilən 2018-ci il Dünya Çempionatında Azərbaycan karateçiləri ilk medallarını qazanıblar.
5 qat dünya çempionu, 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev bürünc medal uğrunda döyüşdə özbəkistanlı Dastonbek Otobolaevlə qarşılaşıb.
33 yaşlı idmançımız rəqibini məğlub edərək bürünc medal qazanıb. Bu, Rafael Ağayevin karyerası ərzində ilk dünya üçüncülüyüdür.
68 kq çəki dərəcəsində döyüş qadın karateçimiz İrina Zaretska isə finalda Rusiya təmsilçisi Viktoriya İsaeva ilə qarşılaşıb. Döyüşü qələbə ilə başa vuran idmançımız çempionatda komandamıza ilk qızıl medal qazandırıb. Bu, onun karyerasındakı ilk dünya çempionluğudur.
Daha bir idmançımız, para-karateçi Sahib Əhədov isə Bakı vaxtı ilə 22:35-də finalda döyüşəcək.
Qeyd edək ki, Ayxan Mamayev, Şahin Atamov, Roman Heydərov, Reza Nedai, Fəridə Əliyeva çıxışlarını medalsız başa vurublar.
Kumite
Final
-68 kq
İrina Zaretska - Viktoriya İsaeva (Rusiya) - 1:1
Bürünc medal görüşü
-75 kq
Rafael Ağayev - Dastonbek Otobolaev (Özbəkistan) - 2:1
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...