Zamirə Hacıyeva London küçələrində - Video

16:01 11-11-2018 | icon 3138
Zamirə Hacıyeva London küçələrində - Video

8 Noyabrda Londonda Ali Məhkəmənin qərarı ilə zaminə buraxılan Zamirə Hacıyeva “Charing Cross” polis bölməsində imza verməyə gəlib.

O, jurnalistlərin sualını cavablandırmayıb. “Məni tək buraxın”,- deyə jurnalistlərin sualına cavab verməkdən imtina edən Z.Hacıyeva üzünü kağız ilə gizlədib. 

Qeyd edək ki, keçirilən məhkəmə iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxmamalıdır. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

 


Digər xəbərlər

0.27871298789978