Azərbaycan və Slovakiyanın baş nazirləri görüşdü
Azərbaycan baş naziri Novruz Məmmədov noyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiyanın baş naziri Peter Pelleqrini ilə görüşüb.
Ə vvəlcə Azərbaycanın və Slovakiyanın Baş nazirlərinin təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Sonra Novruz Məmmədovun və Peter Pelleqrininin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan N. Məmmədov problemin həllində Azərbaycanın prinsipial və ədalətli mövqeyi barədə həmkarına ətraflı məlumat verib. Bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Baş nazir son illər ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyini, bunun üçün mükəmməl infrastrukturun yaradıldığını bildirərək Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb və bu məsələdə Slovakiyanın Azərbaycana dəstək verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Slovakiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Peter Pelleqrini ölkəsinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib. O, əməkdaşlığın dayanıqlı inkişafının təmini məqsədilə iki ölkə arasındakı münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb, həmçinin iki ölkə arasında sənaye, energetika, kənd təsərrüfatı, turizm, İKT və nəqliyyat sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib.
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...