Bu dəfə vitse-spikerlə Fəzail Ağamalı üz-üzə gəldi
Vitse-spiker Valeh Ələsgərovla deputat Fəzail Ağamalı arasında qalmaqal yaranıb. Buna səbəb vitse- spikerin millət vəkilini çıxışında səsləndirdiyi fikirlərə ironik tərzdə cavab verməsi olub:
“Burada hamı deyir ki, uşaq puluna və digər məsələlərə pul ayrılsın. Mən də istəyirəm ki, bu, olsun. Amma mənbə hardadır, mənbəni göstərin, hesablayın, hökumətə verin və bu məbləğ də büdcəyə daxil olsun”.
Bu zaman zaldan Fəzail Ağamalının etirazı eşidilib. O bildirib ki, az öncəki çıxışında adını çəkdiyi sabiq məmurların əmlaklarını hərraca çıxarmaqla, əldə olunan pulla mənbə yaratmaq mümkündür.
Mübahisəyə müdaxilə edən spiker Oqtay Əsədov isə deputatı səbirli olmağa çağırıb: “Sən dedin biz də eşitdik, eşitməyi bacarın da”.
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...