“Mentalitetimizə uyğun biri deyiləm”

20:15 20-11-2018 | icon 2989
“Mentalitetimizə uyğun biri deyiləm”

“Efirdə aparıcılar özlərini mədəniyyətsiz və tərbiyəsiz aparırlar. Çıxdığım iki-üç proqramda bunun şahidi oldum. Proqramlarda sənətçilərə münasibəti və davranışı gördüm. 5-6 ildir ki, verilişlərə getmirəm. Bir televiziya proqramına çıxmışdım. Aparıcı üstümə su tökdü, onu götürüb kənara qoydum. Həmin günü çox əsəbi idim, amma şou etdim”. 

Bu sözləri müğənni Rəhim Rəhimli Murad Arifin aparıcılıq etdiyi “Popumuz var” adlı “Youtube” layihəsinə qonaq olarkən deyib. 

Rəhim proqramda deyib ki, Azərbaycan mentalitetinə uyğun biri deyil: “Mən mentalitetimizə uyğun biri deyiləm. Mentalitet sözünün anlamı başqadır. İndiki istəklərim və yaşadıqlarımla özümü orada görmürəm və bu mövzuya çox girmirəm”. 


Digər xəbərlər

0.28452110290527