İlham Əliyev onları təbrik etdi
Prezident İlham Əliyev ədliyyə işçilərinə və hakimlərə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd edilir:
"Sizi Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.
Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ildə təsis edilmiş Azərbaycan ədliyyəsi bir əsrlik mürəkkəb və şanlı inkişaf yolu keçib.
Azərbaycanda ədliyyə sisteminin intibahı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, bir neçə dəfə ləğv edilmiş Ədliyyə Nazirliyinin fəaliyyəti məhz Ulu Öndər tərəfindən 1970-ci ildə bərpa edilmiş, zəruri normativ sənədlər qəbul olunmuş və milli kadr hazırlığına xüsusi diqqət yetirilib.
Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, müasir məhkəmə sistemi yaradılmış, məhkəmələrin müstəqilliyinin təmin olunması üçün mühüm addımlar atılıb.
Azərbaycanda ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər bu gün də davam etdirilməkdədir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalanmış, test üsulu ilə şəffaf prosedurlar əsasında yeni hakim korpusu formalaşdırılmış, ədliyyə orqanlarının işi və göstərdiyi hüquqi xidmətlər yeni tələblər səviyyəsində qurulmuşdur. Son illərdə hakimlərin sayı əhəmiyyətli dərəcədə artırılmış, müasir məhkəmə kompleksləri inşa edilmiş, ədliyyə orqanları və məhkəmələrin maddi-texniki bazası gücləndirilib.
Əminəm ki, ədliyyə və məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması, vətəndaşlarının hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirərək Azərbaycan ədliyyəsinin inkişafına öz töhfəsini verəcəklər".
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...