Qaradağda aztəminatlı ailələrin övladları üçün sünnət xeyriyyə tədbiri keçirildi
25 noyabr 2018-ci il tarixində Heydər Əliyev Fondu tərəfindən Qaradağ rayonunun aztəminatlı ailələrinin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirildi.
Balacaları salamlayan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov onları təbrik etdi. Qeyd etdi ki, uşaqlara hər zaman qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev onların problemlərini daim önə çəkib. Bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ümummilli liderin qoyduğu ənənələri uğurla davam etdirir.
Aksiyada iştirak edən rayon sakinləri bu nəcib addımı sevinc hissi ilə qarşıladılar. Valideynlər onlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna öz minnətdarlıqlarını bildirdilər.
Tədbir Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında baş tutdu. Sünnət aksiyasına 6 uşaq cərrahı-uroloq və əməliyyat tibb bacıları cəlb edildi. Uşaqlar ilkin olaraq tibbi müayinələrdən keçirilib, daha sonra əməliyyat otağına aparılıblar. Əməliyyat 6 aylıqdan 16 yaşa qədər olan uşaqlar üzərində aparılıb. Aksiyada 50-dən çox balaca sakin sünnət olundu.
Daha sonra sünnət olunan uşaqların hər birinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olundu.
Uşaqlar tam sağalana qədər həkimlər tərəfindən nəzarət altında saxlanacaqdır.
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...