Azərbaycan nefti ucuzlaşdı

08:19 27-11-2018 | icon 3328
Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,25 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 3,73 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,73 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,89 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 3,72 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 57,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,77 dollar/barel azdır.


Digər xəbərlər

0.21657299995422