“Bunu heç vaxt unutmayacağıq” - Kadırov Əliyevlə görüşdə

18:51 27-11-2018 | icon 2749
“Bunu heç vaxt unutmayacağıq” - Kadırov Əliyevlə görüşdə

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Çeçenistan lideri Ramzan Kadırovu qəbul edib. 

Dövlət başçısı qonağı ölkəmizdə salamlamağa şad olduğunu vurğulayıb:

“Mən bilirəm və sizin respublikanıza səfər edənlər mənə danışırlar, televizorda da görürəm ki, şəhərlər necə dəyişir, respublika çiçəklənir və bir çox sosial, infrastruktur məsələləri həll olunur. Bilirəm ki, bütün bunlar sizin şəxsi nəzarətiniz və rəhbərliyiniz altında baş verir. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqərar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar.

Bildiyiniz kimi, Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarix, yaxın münasibətlər, mənəvi, mədəni, doğma əlaqələr bağlayır. Biz hesab edirik ki, Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim Çeçenistan və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir”.

R.Kadırov isə  öz növbəsində onunla görüşə vaxt ayırdığı üçün prezident İ.Əliyevə təşəkkürünü bildirib:

“Siz təkcə Azərbaycanda deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görürsünüz. Biz sizin qardaşlıq münasibətləri qurduğunuzu, konfranslar keçirdiyinizi, təkcə dini liderləri deyil, bizim regionların rəhbərliyini də qəbul etdiyinizi və yalnız müsəlmanları deyil, bütün konfessiyaları birləşdirdiyinizi görürük. Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür.

Şadam ki, bizim qardaşlıq və dostluq münasibətlərimiz var. İndi mədəni, idman və digər sahələrdə münasibətləri inkişaf etdiririk. Ən əsası isə qardaşlıq münasibətləridir. Çünki xatırlamaya bilmərəm, ən çətin illərdə Prezident Heydər Əliyev bizim xalqa kömək etdi, kömək əlini uzatdı və sonadək kömək etdi, bizi dəstəklədi. Biz bunu heç vaxt unutmayacağıq. Buna görə, biz hörmətli Heydər Əliyevin xatirəsinə bağ salmışıq. Onun açılışında əziz, böyük qardaşımızın iştirakını gözləyirik. Əgər siz imkan tapıb Çeçenistana gələ bilsəniz bu, bizim üçün həm siyasi, həm qardaşlıq, həm də insani cəhətdən çox mühüm olacaq”.

Sonra prezident İlham Əliyevin adından Ramzan Kadırovun şərəfinə nahar verilib. 

 

 





Digər xəbərlər

0.27311015129089