İslam konfransında donuz kolbasasından qəlyanaltı - FOTO

08:49 03-12-2018 | icon 4329
İslam konfransında donuz kolbasasından qəlyanaltı - FOTO
Berlində keçirilən Alman İslam Konfransının iştirakçılarına qəlyanaltı qismində donuz ətindən kolbasa təqdim olunub. 
 
Konfrans iştirakçılarının bəziləri bunu müsəlmanlara hörmətsizlik kimi qəbul ediblər.
 
"Daxili İşlər Nazirliyi bununla nə demək istəyir? Donuz ətini yeməyən müsəlmanlara bir qədər hörmətlə yanaşmaq da olardı”, - deyə konfransda olan jurnalistlərdən "Twiter”də yazıb.
 
Konfrans iştirakçılarına 13 növ qəlyanaltı təqdim olunub. Donuz kolbasası siyahıda olmayıb. 
 
Almaniya Daxili İşlər Nazirliyi konfrans iştirakçılarından üzr istəyib.
 

Digər xəbərlər

0.26047015190125