“Böhtandır, iftiradır, ayıb olsun!” - Əflatun Amaşovdan sərt AÇIQLAMA
"Özünü "İrəvan TV" adlandıran birisi status paylaşıb. Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və mən də onu düzəltməmişəm"
Bu barədə Milli Məclisin deputatı Əflatun Amaşov "Facebook" hesabında yazıb.
Ə.Amaşov haqqında deyilənlərin yalan olduğunu bildirib: "Bohtandır, iftiradır, təqdim edilən şəkil montajdir! Həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm (Bilmək olmaz, təşkilatçı tərəf bizim bayrağımızı tapmaqda çətinlik çəkə bilər). Hər dəfə iclas salonuna daxil olanda bayrağımızın harada, necə yerləşdirilməsini müşahidə edirəm.
Yeri gələndə onun şəklini də çəkirəm. İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üç rəngli möhtəşəm bayrağımız vuqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb. (https://azvision.az/redirect.php?url=http://www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!".
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...