“Azadlığa çıxsam İlhamla Fərizənin məzarı başında “Yasin” oxuyacam” - Fədayə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlərin məhkəməsi keçirilib.
Hakim Azad Məcidovun icraatında olan prosesdə təqsirləndirilən şəxslər son söz deyib.
Fədayə Laçın son sözündə əməlindən peşman olduğunu bildirib: "İstəyirəm hər kəsi inandırım ki, mən bu əməli həqiqətən bilmədən etmişəm. Həyatda çox talehsiz bir qadın olmuşam, qadın kimi xoşbəxt ola bilməmişəm. Yolum həmişə daşlı olub, dəfələrlə bu yolda yıxılmışam. Amma yenə də durub yola davam eləmişəm. Heç vaxt əlimdən tutanım, dəstək olanım olmayıb. Amma bu dəfə mən bataqlığa düşmüşəm, əlimdən tutub çıxaran olmasa, bu yolun sonudur.
Mənim 9 nəfərlik ailəm var. Onlar mənim himayəmdədir. Oğlum bu hadisədən sonra magistr təhsilini yarımçıq qoydu. Bacım onkoloji xəstədir. 22 ildir sənətdəyəm, ziyalı bir ailədə böyümüşəm, sadəcə həyatda heç vaxt şansım gətirməyib. Mən orada savadsız, mədəniyyətsiz adamların içindəyəm.
Məhkəmədən xahiş edirəm ki, məni əfv edəsiniz. Əhd eləmişəm ki, azadlığa çıxsam Şəhidlər Xiyabanına gedərək 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında "Yasin" oxuyacam.
Mən bilməzdim ki, bazarda da satılan 6 manatlıq bir açara görə belə bir vəziyyət yaranacaq. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər əlbəttə bundan imtina edərdim, çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm.
Son olaraq sizdən məni əfv etməyinizi istəyirəm".
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...