Əhəd Abıyev danışdı - Fotolar

20:33 04-12-2018 | icon 3270
Əhəd Abıyev danışdı - Fotolar

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşməsi ilə bağlı məlumat yayılıb. Xəbərə görə qəza zamanı icra başçısı heç bir xəsarət almayıb.

Məsələ ilə bağlı unikal.org saytının əməkdaşı icra başçısı ilə danışmaq istəyib. Lakin Ə. Abıyev bu xəbəri yayanlar haqda ağır ifadələr işlədib və qəzaya düşmədiyini bildirib. 

Xəbərin yayılmasından az sonra isə Daşkəsən RİH-dən “Qafqazinfo”ya rayonda keçirilən tədbirlə bağlı məlumat göndərilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müşavirəsi olub və Rayon Mədəniyyət Mərkəzində baş tutub.

FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının sədri, idarə, müəssisə və  təşkilatların rəhbərləri, həmçinin mülki müdafiə işinin təşkilinə cavabdeh şəxslər iştirak ediblər.

Xəbərə Ə. Abıyevin qəbuldan çəkilmiş fotoları da əlavə olunub. Həmin fotoları da təqdim edirik:

 



Digər xəbərlər

0.22722887992859