Nazirlikdən həyacan siqnalı - “Whatsapp”da bu mesajı açmayın!
“Dünən axşamdan “Whatsapp” vasitəsilə yayılan mesajda 1990-cı ildən 2018-ci ilədək işləmiş insanların Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüququna malik olması barədə dezinformasiya yayılıb”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.
Qurum rəsmisi bu məlumatın məqsədinin cəmiyyəti çaşdırmağa yönəldiyini söyləyib:
“Mesajda vətəndaşlar qondarma linkə daxil olmağa həvəsləndirilir. Ona görə də nazirlik vətəndaşları diqqətli olmağa və həmin mesaja məhəl qoymamağa, oradakı məlumata inanmamağa və göstərilən linkə daxil olmamağa çağırır.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən bununla bağlı aparılmış araşdırmanın nəticələri artıq məlumdur”.
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...