Şagirdlərin olduğu avtobus qəzaya düşdü - Yaralılar xəstəxanaya aparıldı
Bu gün səhər saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.
Məktəbdən daxil olan məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.
BŞTİ-dən onu da bildiriblər ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.
***
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza nəticəsində 4 nəfər Təcili Tibbi Yardım Briqadası tərəfindən hadisə yerindən götürülüb. Onlardan ikisi şagirddir. Yaralıların vəziyyəti yaxşıdır, hazırda “Semaşko”da müalicə olunurlar.
Sabaha xəstəxanadan evə buraxılacaqları gözlənilir.
***
217 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya bildirilib ki, avtobusda məktəbin iki şagirdi xəsarət alıb və hər ikisinin vəziyyəti ortadır:
“Qobudan gələn "Qazel" markalı mikroavtobus Hökməlidə aşıb. Nəticədə 4-cü sinif şagirdi Ramal Babayev 1 saylı Şəhər Klinik Xəstaxanasına, 8-ci sinif şagirdi Mehman Əsgərov isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hər ikisinə baş çəkmişik, vəziyyətləri ortadır”.
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...