Qurban Qurbanov futbol üzrə milli komandanın baş məşqçisi postundan istefa verib
Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.
Bu barədə o, özü məlumat verib.
"Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək", - o, əlavə edib. "Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam", - millinin sabiq baş məşqçisi vurğulayıb.
O, nə vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib: "Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına - red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər.
Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun".
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...