“Abad məhəllə”lərdə idman yarışları davam edir
“ABAD məhəllə” layihəsi çərçivəsində əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilən məhəllələrdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxt rayonlarının Gənclər və İdman İdarələri tərəfindən Bakı şəhərindəki yeni salınmış məhəllələrdə uşaq və yeniyetmələr arasında mini-futbol və şahmat yarışları start götürüb.
Bakı şəhər İH-dən daxil olan xəbərdə bildirilir ki, bu ilin dekabr ayının əvvəlində Yasamal, Nizami, Nəsimi, Xəzər, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında başlanmış yarışlar qrafikə uyğun olaraq müxtəlif məhəllələrdə davam etdirilir. Eyni zamanda Qaradağ, Suraxanı, Səbail və Xətai rayonlarında da yarışların keçirilməsinə start verilib.
Ümumilikdə hər iki – rayon və şəhər final mərhələsi üzrə keçiriləcək mini-futbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmə (cəmi 1500 nəfər) iştirak edir.
Hazırda yarışlar davam edir.
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...