"Qarabağ"ın London məğlubiyyəti
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Azərbaycan çempionu “Qarabağ” da bu turnirin cari mövsümündə sonuncu oyununa çıxıb.
Ağdam təmsilçisi son turda İngiltərənin “Arsenal” klubunun qonağı olub. Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya "Sportinq”i 1/16 finala vəsiqəni təmin, üstəlik, ingilislər liderliyi də qarantiya etdiyindən görüş formal xarakter daşıyıb.
Qurban Qurbanovun komandası Bakıda 3 cavabsız qolla uduzduğu “topçular”a Londonda minimal hesabla yenilib. "Vorskla" isə Portuqaliyada ilk hissədə buraxdığı qollarla darmadağın olub. Ancaq buna baxmayaraq, Poltava təmsilçisi topların daha yaxşı fərqinə görə qrupda mübarizəni 3-cü, "Qarabağ" isə son pillədə bitirib.
Avropa Liqası
E qrupu
13 dekabr
00:00. Arsenal - Qarabağ - 1:0
Qol: A. Lakazett, 17
Baş hakim: Yens Moe.
Yan xətt hakimləri: Lars Hummelqor, Heyne Serensen.
Əlavə köməkçilər: Yorgen Burxardt, Morten Kroq.
Dördüncü hakim: Esper Dal (hakimlər briqadası Danimarkadandır).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Styrbjörn Oskarsson (Finlandiya)
London. "Emireyts” stadionu.
Arsenal: 26. Emiliano Martines, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 6. Loran Koselni (k), 9. Aleksandr Lakazett, 10. Məsut Özil, 15. Eşli Meytland-Nayls, 25. Karl Cenkinson, 49. Eddi Nketia, 59. Co Uillkok, 87. Bukayo Saka.
Ehtiyat oyunçular: 44. Deyan İliyev, 7. Henrix Mxitaryan, 18. Naço Monreal, 29. Matteo Genduzi, 43. Çarli Gilmor, 47. Zakariya Medli, 72. Tayris Con-Culs.
Baş məşqçi: Unay Emeri.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 10. Dani Kintana, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
00:00. Sportinq - Vorskla - 3:0
Qollar: Fredi Montero, 17, Migel Luiz, 35, Ardin Dallku, 44-öz qapısına
Arsenal - 16, Sportinq - 13, Vorskla - 3, Qarabağ - 3.
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...